Rahat dayanacaq, təhlükəsiz məkan

Avtovağzal Kompleksinin ərazisində fəaliyyət göstərən parkinq zonası sürücülərə 24/7 təhlükəsiz və nəzarətli dayanma imkanı yaradır. Avtomobilinizi qısa müddətlik yerləşdirməkdən tutmuş, uzunmüddətli dayanacağa qədər bütün tələblər üçün rahat infrastruktur təmin olunub.

Parkinq sahəsi müasir müşahidə kameraları ilə izlənilir, giriş-çıxış nəzarəti avtomatlaşdırılmış sistemlə həyata keçirilir və sürücülərin rahatlığı üçün ərazidə xüsusi nəqliyyat axını tənzimlənir. Məqsədimiz — avtovağzala yaxınlaşan hər bir sərnişinin avtomobilini təhlükəsiz və əlçatan şəkildə saxlaya bilməsidir.

Parkinq tarifləri

Parkinq xidməti ödənişlidir və qiymətlər dayanma müddətindən asılı olaraq müəyyən olunur:

1 AZN
0-2 saat
2 AZN
2-6 saat
3 AZN
6-12 saat
4 AZN
12-24 saat

Gün ərzində bir neçə dəfə giriş-çıxış etmək istəyən sürücülər üçün ödəniş sistemi çevik şəkildə tətbiq olunur və göstərilən tariflər yalnız faktiki dayanma müddəti əsas götürülərək hesablanır.