Qaydalar
Saytdan istifadə Qaydaları
Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə şəhərlərarası və beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərə “Onlayn” rejimində sərnişin biletlərinin alınması üçün xidmətlər təklif edir.
İnternet vasitəsi ilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmazlıqların yaranmaması üçün “Sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması qaydaları” ilə mütləq qaydada tanış olmağınız vacibdir.
Web-saytın köməyi ilə, Siz istər şəhərlərarası, istərsə də beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə sərnişin biletini sifariş verə bilərsiniz. İnternet vasitəsi ilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.
Onlayn bilet satışı sistemində aşağıda qeyd olunan əməliyyatlar aparılmır: Güzəştli tariflərlə biletlərin sənədləşməsi üçün yalnız Avtovağzalın bilet kassalarına müraciət etməyiniz xahiş olunur;
Onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 00:15-dan 23:45-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:45-dən növbəti günün saat 00:15-dək (yalnız 30 dəqiqə) internet vasitəsi ilə sifariş qəbul edilmir.
İnternet vasitəsi ilə bir əməliyyatla ən çoxu 4 bilet sifariş oluna bilər
Biletlərin alınması üçün internet vasitəsi ilə sifariş vermiş və gediş haqqını plastik kartla ödəmiş istifadəçi, gediş biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlar üzrə isə reysin yola düşməsinə 1 saat qalanadək avtovağzalın bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş blankını təqdim etməklə ala bilər. Şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqədən az vaxt qaldıqda Sizin sifariş verdiyiniz yer digər sərnişinə təklif ediləcək və ödədiyiniz məbləğdən qanuna müfafiq olaraq 25% tutulmaqla 7 gündən 30 günədək bank hesabınıza ödəniləcəkdir.
Boş yerlərin axtarılması üçün aşağıda qeyd olunan məlumatları daxil edin:
Təyinat məntəqəsini daxil edin.
Gediş üçün istədiyiniz tarixi seçin. Bu tarix Sizin yola düşmək istədiyiniz tarix hesab edilir. Sərnişinlərin sayını daxil edin.
Müvafiq pəncərədə seçdiyiniz təyinat məntəqəsi, gediş qiyməti göstərilməklə, əlavə olaraq təyinat məntəqəsindən keçən reys, reysə xidmət edən daşıyıcı, reysə cəlb edilən nəqliyyat vasitəsinin markası, tutumu, boş yerlərin sayı Sizə məlumat olaraq təqdim olunur.
Əgər təqdim edilən reyslərdə Sizi qane edəni reys varsa müvafiq pəncərədə Sərnişinlərə aid məlumatlar ( Sərnişinin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin №-si, sərnişinin cinsi (kişi,qadın,uşaq)) daxil edilir. Bundan sonra istədiyiniz reys və həmin reysin sxemi təqdim edilir.
Avtobusun sxemi – boş və dolu yerlər göstərilməklə istifadəçiyə təqdim edilir.
İstifadəçi getmək istədiyi oturacaq yerlərini seçir və yer seçildikdən sonra seçilmiş yeri ləğv etmək üçün müvafiq sərnişinə aid olan sətrin sonundakı "Yeri qaytar" düyməsini basmaq kifayətdir.
Diqqət! Alınan biletlərin sayından asılı olmayaraq yerlərin seçilməsi üçün Sizə 1 dəqiqə vaxt verilir.
Sorğunuza cavab veriləndən sonra plastik kart vasitəsilə ödəniş edin.
Diqqət! Alınan biletlərin ödəmə əməliyyatı üçün Sizə 6 dəqiqə vaxt verilir.
Qeyd etdiyiniz reyslərdə yer olmadıqda digər reysləri nəzərdən keçirmək lazımdır.
Qeyd: 5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün uşaq bileti alınır. Uşaq bileti sərnişin biletinin qiymətinin 50%-ni təşkil edir. Valideynlərdən biri 5 yaşadək bir uşağını özü ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin 5 yaşadək ikinci, üçüncü və s. uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər avtobusa minərkən uşağın doğum haqqında şəhadətnaməsini perron nəzarətçisinə təqdim etməlidir. 10 yaşı tamam olan uşaqlara gediş sənədi tam tariflə verilir.
Sonda sistem seçdiyiniz təyinat məntəqəsi üzrə: marşrut, reys, yola düşmə tarixi və saatı, yola düşmə perronu, avtobusun markası, yerin nömrəsi, eyni zamanda qeyd olunan sərnişinlər və gediş parametrinə uyğun olaraq gediş haqqı tarifləri barədə məlumatları Sizə təqdim edəcəkdir.
Sərnişin barədə məlumatların sistemə düzgün daxil edilməsinə görə istifadəçi məsuliyyət daşıyır
Gediş sənədində sərnişin barədə məlumatlar böyük hərflərlə şəxsiyyəti təsdiq edən sənəddə göstərilmiş şəkildə daxil edilir. İstifadəçi sərnişini uşaq göstərdiyi halda – sərnişin biletinin alınması zamanı mütləq doğum haqqında şəhadətnaməni sərnişin bileti satan xəzinədara təqdim etməlidir.
İnternet vasitəsi biletlərin alınması üçün biletim.az saytının Onlayn bilet satışı bölməsində qeydiyyatdan keçmək mütləqdir.
Qeyiyyatdan keçərkən adınızı, soyadınızı, elektron ünvanınızı, əlaqə telefonunuzu, şəxsiyyət vəsiqəsinin (ümumvətəndaşlıq pasportunun) seriya və nömrəsini və sair məlumatları daxil etmək lazımdır. Bu zaman məlumatların dəqiqliyinə diqqət yetirmək vacibdir. Məlumatların daxil edilməsi ilə yanaşı İstifadə qaydaları ilə tanış olun və razı qaldığınız halda Qeyddiyyat düyməsini sıxın. Onlayn bilet bölməsində qeydiyyatdan keçən istifadəçi ona verilən login və paroldan müddətsiz və limitsiz istifadə edə bilər.
Beynəlxalq reyslərdə hərəkət edən sərnişin avtobuslarına isə minik üçün biletlər yalnız ümümvətəndaşlıq pasportu əsasında aparılır.
